Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb: “Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub”.
Türkiyə Prezident Administrasiyasından yayılan məlumatda qeyd edilir ki, liderlər Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlərə dair də fikir mübadiləsi aparıblar.
İki gün öncə, fevralın 21-də Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb.
6 il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini ilhaq etmişdi.