Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 179.4 maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən küllü miqdarda mənimsəmə, 341.2.1 maddəsində isə vəzifə səlahiyyətlərindən sui-istifadədən söhbət gedir.
Maddədə 14 ilə qədər həbs nəzərdə tutulur.
Bir neçə gün öncə həmin idarənin başqa bir sabiq rəisi Məlikməmməd Oruc oğlu Qurbanovun mənimsəmədə ittiham edilərək həbs olunduğu açıqlanmışdı.