«Biz çalışmalıyıq ki, BMT-nin yaratdığı hərbi məhkəmə bu qətliamı törədənləri cəzalandırsın. Beynəlxalq təşkilatlar anlamalıdır ki, MDB-də yaranan bir sıra münaqişələr Qarabağdan başlanıb. Biz mütləq dünyanı hüququn aliliyini bərpa etməyə çağırmalıyıq. Bu da Xocalıdan keçir».
Mollazadə Qarabağ veteranları və əlillərinin məsələsini qaldırıb: «Biz istəyirik ki, Qarabağ əlillərinin statusu Böyük vətən müharibəsi veteranlarının statusundan yüksək olsun».