Vaxt.Az

“Ukraynada müharibəyə yox!”


 

Almatıdakı Rusiya konsulluğu qarşısında etiraz aksiyası keçirilib

“Ukraynada müharibəyə yox!” Qazaxıstanın Almatı şəhərində yerləşən Rusiya konsulluğunun qarşısında onlarla insan piket keçirib. “Arbat media”nın yazdığına görə, əllərində Ukrayna bayrağı tutan etirazçılar üzərində “Ukraynada müharibəyə yox!”, “Ukrayna Müstəqildir!” ifadələri olan posterlər nümayiş etdiriblər.

Nümayişçilər Ukrayna xalqı ilə həmrəy olduqlarını dilə gətiriblər. Aksiyanın keçirildiyi yerə gələn yerli icra orqanının nümayəndəsi etirazçıları dağılmağa çağırıb.

Daha sonra isə əraziyə polislər cəlb olunub və demək olar ki, etirazçıların hamısı saxlanılıb. Aksiya iştirakçıları Rusiya konsulluğunu mühasirəyə alan polis maşınlarına mindirilərək, Bostandık rayon polis idarəsinə aparılıb.

 





24.02.2022    çap et  çap et