Bununla bağlı o, sosial şəbəkələrdə belə bir bəyanat paylaşıb: “Hörmətli həmkarlarımız-soydaşlarımız! Düşmən hücum edir, amma bizim ordumuz məğlubedilməzdir. Ukrayna tam müdafiə rejiminə keçir.
Kim silah götürməyə hazırdırsa və ondan istifadə etməyi bacarırsa, elə indicə Ukrayna Hərbi Qüvvələrinin sizin regionunuzdakı Ərazi Müdafiə Qüvvələri (ƏMQ) sıralarına daxil ola bilər.
Silah əldə etmək üçün bilavasitə öz regionunuzdakı ƏMQ briqadalarına müraciət etməlisiniz. Özünüzlə sadəcə pasportunuzu götürməniz kifayətdir”.