Vaxt.Az

“Microsoft”dan Rusiyaya embarqo


 

Şirkət işğalçı dövlətə qarşı sanksiyalara qoşuldu

“Microsoft”dan Rusiyaya embarqo “Microsoft” şirkəti Rusiyadakı Ukraynada törətdiyi işğalçı hücumlarına qarşı Rusiyadakı fəaliyyətini dayandırıb. Bu gün şirkət Rusiyada öz məhsullarının satışını və xidmətlərini dayandırdığını bildirib. Rusiyadan daha heç kəs “Xbox” aparatları və oyunları da daxil “Microsoft”dan məhsul ala və ya onun xidmətlərindən istifadə edə bilməyəcək.

“Bu gün biz bütün yeni məhsul və xidmətlərimizin Rusiyaya qadağan olunduğunu elan edirik ki”, deyə şirkətin prezidenti və “Microsoft” idarə heyətinin sədr müavini Bred Smit bildirib.

“Bütün dünya kimi biz də Ukraynadakı müharibədən bəhs edən görüntülərdən və xəbərlərdən hiddətlənmiş və dəhşətə gəlmişik. Biz bu izaholunmaz, əsassız və qanunsuz Rusiya işğalını qınayırıq.

Bundan başqa bu məsələ ilə bağlı biz fəaliyyətimizi ABŞ hökuməti, Avropa Birliyi və Böyük Britaniya ilə dar çərçivədə uyğunlaşdırır və fəaliyyət göstəririk. Hökumətin Rusiyaya qarşı sanksiyalarına görə biznesimizin əksər aspektlərini bu ölkə ilə dayandırmışıq.

Böyük əksəriyyət kimi biz də, müharibənin dayanmasına Ukraynanın müstəqilliyinin tanınmasına və xalqının təhlikəsizliyinə hörmət edilməsinə çağırırıq”.

Bu bəyanat Ukrayna Baş nazirinin müavini Mixail Feodorovun Rusiyaya qarşı sanksiyalara qoşulmaq (məhsul satışı və xidmətlərini ləğv etmək) barədə “Sony” və “Microsoft” şirkətlərinə ünvanlandığı məktubdan az sonra verilib.

Bu qərarın “Microsoft” şirkətinə nə qədər ziyan vuracağı hələ məlum deyil. Məsələn illik qazancının 9.1 faizi Rusiyadan gələn Polşanın “CD Projekt RED” şirkəti işğalçı dövlətə məhsul satışını dondurub.

 





05.03.2022    çap et  çap et