Vaxt.Az

Konqresmenlər razılığa gəldi


 

Ukraynaya 14 milyard dollarlıq humanitar və hərbi yardım göndəriləcək

Konqresmenlər razılığa gəldi ABŞ qanunvericiləri çərşənbə axşamı Ukraynaya 14 milyard dollarlıq humanitar və hərbi yardım göndərilməsi barədə razılığa gəliblər. Rusiyanın müstəqil Şərqi Avropa dövlətinə səbəbsiz hərbi müdaxiləsinə qarşı ikitərəfli səylər Konqresin ABŞ prezidenti Co Baydenin Rusiyanın ABŞ-a enerji idxalına qadağa qoyması barədə bəyanatını dəstəkləməsinin ardınca göstərilir.

Ukraynaya milyardlarla dollarlıq humanitar və hərbi yardım Ağ Evin tələbindən xeyli yüksəkdir və həftələrlə davam edən danışıqlardan sonra ABŞ qanunvericiləri tərəfindən yekunlaşmaq üzrədir. Bu paket, çox güman ki, ABŞ yardımının başlanğıcıdır…

“Məncə, dünya cavab verməli və bu qaçqınlara kömək etməlidir və sadəcə başlanğıc olacağını düşündüyüm paketi qəbul edirik. Açığını desəm, mənim başa düşdüyüm budur ki, bu, 12 milyard dollarlıq iqtisadi, hərbi və humanitar dəstəkdir, lakin gələcəkdə daha çoxu olacaq” – deyə, Demokrat Adam Şiff qeyd edib.

Çərşənbə axşamı Polşanın Ukraynaya MiQ-29 döyüş təyyarələri göndərəcəyi elanı ilə Ukraynanın müharibə səylərinə dəstək daha da artıb, lakin ABŞ qanunvericiləri bürokratik gecikmələrin digər hərbi yardımları dayandırmasından narahatdırlar.

“Ukraynaya lazım olan müdafiə xarakterli öldürücü silahların verilməsinə dair güclü razılaşma var. Və biz bunu etdik. Müttəfiqlərimiz bunu etdi. Ölkələr bunu etdilər - biz bu tip avadanlıqları ukraynalılara çatdırmaqda kifayət qədər təsirli olduq. Təyyarələrin Ukraynaya daxil olmasının niyə bu qədər uzun sürdüyünə görə çaşqınlıq içindəyəm. Prezident Zelenski buna ehtiyacı olduğunu açıq şəkildə bildirdi” – deyə, Demokrat Senator Ben Kardin qeyd edib.

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi qanunvericilərə Putinin işğal qərarının onun xalqını sərt sanksiyalara məruz qoyduğunu və 30 illik tərəqqini bir neçə gün ərzində yox etdiyini bildirib.

“Putin Ukraynanı xarabalığa çevirməyə çalışarkən Rusiyanı da həbsxanaya çevirir. Kredit kartları və bankomatlar fəaliyyətini dayandırıb, kapital nəzarəti dərindən zərər görür, xaricdən gətirilən ərzaq, texnologiya və digər mallar azalmaqdadır. Hökumətin müharibə səylərini maliyyələşdirmək və rublu dəstəkləmək üçün rus xalqına məxsus pul ilə qan tökərkən Rusiyanın sonuncu azad mətbuatı da boğuldu” - deyə, ABŞ Dövlət Departamentindən Viktoriya Nuland açıqlama verib.

Rusiyanın enerji idxalını qadağan etmək qərarı amerikalılara öz təsirini göstərsə də, hər iki partiyadan ABŞ qanunvericiləri Baydenin açıqlamasını alqışlayıblar.

“Amerikalılar öz tariximizdən amerikalılara çox tanış olan Ukrayna müqavimətini - cəsur, şiddətli, cəsarətli demokratiya müdafiəsini dəstəkləmək üçün fədakarlıq etməyə hazırdırlar. Bununla yanaşı, durmadan yuxarıya doğru qalxan benzin qiymətlərinin azaldılması üçün atacağımız addımlar da vacibdir”, - deyə, Demokrat Senator Riçard Blumental bildirib.

Lakin ABŞ qanunvericiləri də vurğulayırlar ki, Amerika dəstəyi birbaşa hərbi müdaxiləyə şamil edilmir.

“Düşünmürəm ki, hər hansı bir NATO ölkəsi, xüsusilə də, bizim ölkəmiz Ukrayna məsələsinə görə ruslarla birbaşa qarşıdurmaya hazırdır”, – deyə, Senatın baş Respublikaçısı Mitç Makkonell qeyd edib.

ABŞ Konqresinin bu həftənin sonuna qədər Ukraynaya yardımın da daxil olduğu hökumət xərcləri haqqında qanun layihəsini qəbul edəcəyi gözlənilir.

 





10.03.2022    çap et  çap et