Vaxt.Az

“Putinə nəsə demək intihar olardı”


 

Rusiyalı oliqarx: “Mən necə yaşayacağımı bilmirəm”

“Putinə nəsə demək intihar olardı” Rusiyalı milyarder Mixail Fridman sanksiyalara görə bank kartlarının dondurulmasından şikayətlənib. Oliqarx qeyd edib ki, o, ayda 2,5 min funt-sterlinq məbləğində “məqbul” xərclər üçün icazə istəməlidir.

“Mən necə yaşayacağımı bilmirəm. Həqiqətən də bilmirəm”, - Fridman deyib.

Onun fikrincə, Aİ Rusiyada hakimiyyət sisteminin necə işlədiyini başa düşmür: “Avropa İttifaqında qərar qəbul edənlər düşünürsə ki, mən cənab Putinin yanına gedib ondan müharibəni dayandırmağı xahiş edə bilərəm və bu, nəticə verəcək, deməli, biz böyük bəla ilə üzləşmişik. Bu, o deməkdir ki, bu insanlar Rusiyanın necə işlədiyini başa düşmürlər. Bu, gələcək üçün təhdiddir”.

 





18.03.2022    çap et  çap et