Vaxt.Az

“Artıq öyrəşmişik”


 

Rusiyanın geosiyasətdə çıxardığı əsas nəticə

“Artıq öyrəşmişik” “Rusiya Federasiyasına qarşı sanksiyalar təzyiqi bundan sonra da davam edəcək. Lakin buna artıq öyrəşmişik”. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Russia Today” telekanalına verdiyi eksklüziv müsahibəsində belə deyib. Onun sözlərinə görə, Rusiya artıq Qərblə yeni münasibətlər qurur.

“Qərbdəki tərəfdaşlarımıza bel bağlaya biləcəyimizlə bağlı illüziyalar indi puç olub. Hazırda yalnız özümüzə və yanımızda duracaq müttəfiqlərimizə bel bağlaya bilərik. Bu da geosiyasətdə Rusiyanın çıxardığı əsas nəticədir”, - S.Lavrov deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi stratejidir: “Bu sanksiyalar Qərbin strateji kursunun kvintessensiyasıdır.

Daha doğrusu, məqsəd Rusiyanı marginallaşdırmaq, onu yerində saymağa vadar etmək, Rusiyanın inkişafına son qoymaq, habelə dünya siyasətində, iqtisadiyyatında, idmanda, incəsənətdə, ticarətdə, elmdə, təhsildə Rusiyanın rolunu sıfıra endirməkdir”.

 





18.03.2022    çap et  çap et