Bolqarıstan Rusiyanın 10 diplomatının diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlə məşğul olduqlarını deyərək ölkədən çıxarır.Xarici İşlər Nazirliyinin martın 18-də yaydığı bəyanata görə, diplomatlara ölkəni tərk etməyə 72 saat vaxt verilib.
Diplomatların çıxarılmasına detallı izahat verilmir. Amma Rusiya fevralın 24-də Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan Rusiyanın Sofiyadakı səfiri dəfələrlə Bolqarıstanın münaqişəylə bağlı mövqeyi haqda ziddiyyətli bəyanatlar səsləndirib.
Nazirlik ölkədən çıxarılan diplomatların adlarını açıqlamayıb.
çap et