Çin liderinin də ABŞ prezidentinə deyəcəyi fikirlər var idi.
Birincisi, Si Tsinpin deyib ki, ABŞ-la Çin dünyada sabitlik və barış üçün birgə məsuliyyət daşımalıdırlar. Bu zaman Çin lideri Rusiyanın adını çəkməyib. Bu Çin liderinin Moskvaya mesajıdır. İqtisadi baxımdan ABŞ və Çin dünyanın iki aparıcı dövlətidir. Rusiya geosiyasi və hərbi ambisiyalarına baxmayaraq, iqtisadi göstəricilərinə görə siyahıda geridədir.
İkincisi, Si Tsinpin iki böyük dövlət – ABŞ-la Çin arasındakı münasibətlərin normal olmadığını Baydenin diqqətinə çatdırıb. Çin liderinin sözlərinə görə, bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında pozulub. Bayden Trampın rəqibi və kəskin tənqidçisi olsa da, faktiki sələfinin Çinlə bağlı xarici siyasətini davam etdirir ki, bu Pekinin narazılığına səbəb olub. Bunun səbəbi var. Çinin artan hərbi gücü və Tayvanı ələ keçirmək istəyi Vaşinqtonu ciddi narahat edir. Ona görə də Si Tsinpinin arzusuna baxmayaraq, yaxın illərdə iki ölkə arasında münasibətlərin normallaşacağını gözləmək çətindir.
Üçüncüsü, Si Tispin Ukrayna böhranın həlli üçün çıxış yolu göstərib: “ABŞ və NATO Rusiyanın təhlükəsizlik narahatlıqlarını ortadan qaldırmaq üçün Moskva ilə dialoq qurmalıdır”. Çin liderinin fikrincə, Ukrayna böhranı Rusiyanın beynəlxalq təhlükəsizlik sistemindən kənarda qalmasıyla izah edib.
Göründüyü kimi, Çin lideri telefon söhbətində Baydenə dərs keçməyə çalışıb. Ancaq Vaşinqton üçün bunun mənası yoxdur. ABŞ və NATO üçün geriyə dönüş mümkün deyil. Rusiya qırmızı cizgiləri aşıb və Ukraynada işğalçı müharibədən sonra Qərb Rusiyanın hazırkı hakimiyyəti ilə birgə ortaq təhlükəsizlik sistemi formalaşdırmayacaq.