Vaxt.Az

Putinin yeraltı bunkeri


 

Rusiya prezidenti nüvə müharibəsinə hazırlaşır?

Putinin yeraltı bunkeri Rusiya rəhbərliyi nüvə müharibəsi olacağı təqdirdə ölkənin şərqində yeraltı şəhər hazırlaya bilər. Martın 17-də həyata keçirilən hökumət reysləri bunu dolayısı ilə təsdiq edir. Bunu “Obozrevatel” nəşrinə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Putin çətin ki, “nüvə düyməsini” bassın, lakin o, Ukraynadakı müharibənin NATO ilə qlobal münaqişənin “detonatoruna” çevrilə biləcəyini anlayır.

Malomuzj bildirib ki, ruslar yeraltı qurğuların tam yoxlanışını və idarə sistemlərinin sınaqlarını həyata keçirirlər.

“Əgər həqiqətən belə uçuşlar olubsa, bu o deməkdir ki, bu obyektlər praktiki istifadəyə hazırlanır”, - ordu generalı vurğulayıb.

O əlavə edib ki, söhbət bütün şəhərdən bir neçə on metr dərinlikdə olan qapalı yeraltı bunkerlərdən gedir. Burada bütün kommunikasiya sistemləri, o cümlədən digər regionlarla yeraltı rabitə, muxtar elektrik təchizatı, havanın təmizlənməsi daxil olmaqla muxtar həyatı təmin edən model mövcuddur. Malomujun sözlərinə görə, orada insanlar bir ilə qədər yaşaya bilər.

“Mən nüvə müharibəsinin olacağını düşünmürəm. Lakin Putinin bütün dünyanı uçurumun kənarında saxlayacağına heç bir şübhə yoxdur”, - deyə general yekunlaşdırıb.

Bundan əvvəl Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən Putinin fiziki ləğv olunmaqdan qorxduğunu, buna görə də uzun müddətdir ki, Kremlə getmədiyini bildirib. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.

 





20.03.2022    çap et  çap et