«Təəssüf ki, siz yığmanın məşqçi qərargahı ilə çox da maraqlanmırsız. Biz onlarla iki il işləyəcəyik. Təqdim etmək istəyirəm: Mahmud Qurbanov, Rauf Mehdiyev, Volfqanq Rolf və Uli Ştayn - vaxtı ilə Avropada öz dövrünün ən yaxşı qapıçılarından biri. Aslan Kərimov Bolqarıstanın oyununu izləməyə gedib. Bizim qarşıdakı iki ilə planlarımızdan danışmaq düzgün olardı. Sabah keçiriləcək oyundan yox. Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı».
Bundan sonra Foqts «Neftçi»nin müdafiəçisi Mahir Şükürovu hansı səbəbə Dubay toplanışına dəvət etmədiyinə aydınlıq gətirib. Almaniyalı mütəxəssis bunları söyləyib:
«Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədi». (azerisport.az)