Hitler Çexosklovakinı işğal etməklə bağlı gur bəyanatlar verirdi. Bunun baş verməsi dünya müharibəsinə gətirib çıxaracaqdı. Britaniya baş naziri isə bütün gücü ilə bunun qarşısını almağa çalışırdı. Ona görə də, həmin an heç kimin gözləmədiyi halda Almaniyaya gedib, Hitlerlə görüşməli olduğu fikrinə gəldi.
Nə Ruzvelt, nə də Stalin Hitlerlə görüşməmişdi. Onun necə bir insan olduğunu təsvir edəcək insanların sayı az idi. Olanların da bir qismi fürerə rəğbətini gizlətmirdi.
Çemberleni Münhenin yaxınlığında təyyarənin endiyi yerdə minlərlə insan qarşıladı. Daha sonra təmtəraqlı şəkildə Almaniya lideri ilə görüşə müşayət edildi.
İki lider arasında görüş çox gərgin keçdi. Hitler “mən dünya müharibəsinə hazıram” deyərək, niyyətində qəti olduğunu bildirirdi. Çemberlen isə söhbətin bir hissəsində ona “bununla kifayətlənəcəksən?” sualı verdi. Hitler bu suala “hə” deyə cavab verdi. Çemberlen ona inandı.
Çemberlen bacısına yazdığı məktubda bu görüşü “bir kişi ilə söhbət” kimi təsvir etmişdi: “Bütün sərtliyə və qəddarlığa rəğmən mən o qənaətə gəldim ki, o söz veribsə, ona güvənmək olar.”
Çemberlen Hitlerlə görüşmək üçün növbəti iki həftədə daha iki dəfə Almaniyaya səfər etdi. Sonuncu səfərində Hitlerin ambisiyasının yalnız Çexoslovakiyanın alman əhalisinin yaşadığı ərazisi olduğunu bildilirən bir sənəd imzalandı.
Çemberlen razı şəkildə evinə qayıtdı və jurnalistlərin əhatəsində həmin razılaşmanın yazıldığı vərəqi çıxararaq, “bu vərəqdə onun və mənim imzalarımız var” dedi. Daha sonra əlavə etdi ki, “indi isə sizə evə gedib, yatağınızda hüzurla yatmağı tövsiyə edirəm.”
1939-cu ilin mart ayında Hitler Çexoslavakiyanın müqavilədə yer almayan, geridə qalan hissəsini işğal etdi.
***
Boris Consonun istəyi tarixə ikinci Çörçil kimi düşmək deyil. Boris Conson və digər dünya liderlərinin istəyi tarixə ikinci Çemberlen kimi düşməməkdir.