Vaxt.Az

Qara dənizdə yeni problem


 

Müharibə Türkiyəni də təhdid etməyə başlayıb

Qara dənizdə yeni problem Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi bölgə ölkələri üçün yeni təhlükə yaradıb. Deməli, Ukrayna hərbi dəniz qüvvələri Rusiyanın hərbi gəmilərindən Odessa şəhərinə və digər liman şəhərlərinə desant çıxarmasnın qarşısını almaq məqsədilə Qara dəniz sahilində təxminən 420 mina yerləşdirib. Bu minaların İkinci Dünya müharibəsi dövrünə aid olduğu bildirilir. Türkiyə və Qara dənizə sahili olan digər ölkələr narahatdırlar. Əlbəttə, Türkiyə Ukraynanın haqlı mübarizəsini dəstəkləyir, Odessanın işğalının qarşısı alınmalıdır. Ancaq o biri tərəfdən köhnə minaların nəzarətdən kənara çıxaraq Qara dənizdə ticarət gəmilərinə təhlükə yarada biləcəyi ehtimal edilir. Bəzi mütəxəssislərin fikrincə, külək bir qisim minanı boğazlara qədər istiqamətləndirə bilər.

Öz növbəsində Rusiya qəsdən təhlükənin miqyasını böyüdür və Qara dəniz ölkələrini minaların hamıya təhlükə yaratdığını bildirir. Ukraynanın alternativi yoxdur, Odessa və digər liman şəhərlər qorunmalıdır. Rusiya Qara dənizin təhlükəsizliyinə bu qədər həssas yanaşırsa, Ukraynanın Qara dənizə çıxışı olan liman şəhərlərinə desant çıxarmaq planlarından vaz keçməlidir. Kiyevin Kremlin bu planlarından imtinasına dair ciddi təminatı olarsa, dənizin sahilinin minalanması çalışmalarından imtina edə bilər. Ancaq Kreml yazılı və şifahi təminatları pozur, başqalarının ərazi bütövlüklərini hücumlar təşkil edir, belə olan halda Ukrayna dəniz sahilini minalamaq planlarından imtina etməyəcək. Kiyev üçün yeganə təminat Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasıdır.

 





22.03.2022    çap et  çap et