Vaxt.Az

Şoyqu 12 gündür yoxdur


 

Baş Qərargah rəisi Valeri Gerasimovu da gördüm deyən olmayıb

Şoyqu 12 gündür yoxdur Jurnalistlər Rusiya müdafiə naziri Sergey Şoyqunun “son günlərdə tədbir və görüşlərdə iştirak etmədiyini” müşahidə ediblər. Müdafiə nazirinin “12 gündür gözə dəymədiyi” bildirilir.

Bunu ilk dəfə “Mediazona”nın jurnalisti Dmitri Treşanin müşahidə edib. Daha sonra “Agentlik” nəşri mart ayında Şoyqunun fəaliyyətini araşdırıb. Məlum olub ki, Rusiya xəbər agentliklərində onun haqqında ən son xəbər martın 11-də çıxıb. Xəbər Sergey Şoyqunun türkiyəli həmkarı Hulusi Akarla görüşü barədə olub.

Həmin gün Müdafiə Nazirliyi Şoyqunun Mandrik Mərkəzi Hərbi Kliniki Xəstəxanasına səfəri haqda məlumat paylaşıb, burada nazir Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş rus əsgərlərinə mükafatlar təqdim edib.

Martın 18-də Kremlin saytı Təhlükəsizlik Şurasının daimi üzvlərinin Prezident Vladimir Putinlə görüşündə Şoyqunun da iştirak etdiyini yazıb. Ancaq bu görüşdən foto və videolar dərc olunmayıb. 

Həmin vaxt Birinci Kanal Şoyqunun hərbçilərə mükafat təqdim etməsi ilə bağlı süjet yayımlayıb, lakin oradakı şəkil MN-in martın 11-də dərc etdiyi video ilə üst-üstə düşüb.

Agentlik nəşri yazıb ki, martın 11-dək Şoyqunun şəxsi iştirakı ilə keçirilən tədbirlərlə bağlı xəbərlər bir neçə gündən bir dərc edilirdi. 

Rusiya mediasına görə “gözə dəyməyən” təkcə Şoyqu deyil, martın 11-dən sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun da iştirakı ilə keçirilən tədbirlər haqqında məlumat yayılmayıb.

 





23.03.2022    çap et  çap et