Conson NATO və “G7” ölkələrinin sammitləri ərəfəsində deyib ki, göndəriləcək sursat əsasən antitank raketlərindən və yüksək partlayıcılığa malik silahlardan ibarət olacaq: “Birləşmiş Krallıq Ukraynaya onun bu döyüşdə dönüş yaratdığı bir vaxtda hərbi və iqtisadi dəstəyin artırılması və onun müdafiəsinin gücləndirilməsi üçün müttəfiqlərimizlə birlikdə işləyəcək. Biz Rusiyanın Ukraynanın şəhər və kəndlərini göyə sovurduğu bir vaxtda kənarda durub baxa bilmərik”.
Britaniya baş nazirinin ofisi bildirir ki, Conson Brüssel sammitlərində Moskvanın hərəkətlərinə qarşı reaksiyanın kəskinləşdirilməsi üçün Qərb müttəfiqlərinə təzyiq göstərəcək.
Məlumatda deyilir ki, baş nazir Ukraynaya müdafiə dəstəyinin artırılmasına və Rusiyaya qarşı sanksiyaların ikiqat gücləndirilməsinə çağıracaq.
Bundan bir qədər əvvəl Ukrayna prezidenti Volodimir Zelenski dünya vətəndaşlarını küçələrə çıxaraq Rusiyanın onun vətəninə müdaxiləsinə etiraz etməyə çağırmışdı: “Ukrayna rəmzləri ilə küçələrə çıxın, azadlığı və həyatı dəstəkləyin. Öz meydanlarınıza, küçələrinizə çıxın. Elə edin ki, sizi görsünlər və eşitsinlər”.