Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Vaxt.az Hürriyet.com.tryə istinadən yazır ki, Baş Nazirlikdəki mənbələrin mediaya ötürdüyü məlumata görə, Ərdoğan Rusiya prezidenti ilə Ukrayna və Krım olayları barədə son məlumatları müzakirə edib.
Baş nazir Ukraynadakı böhrana çarənin ilk növbədə Ukrayna dövlətinin qurmalı olduğunu bildirib və hazırkı xaosun bütün bölgəni bürüyə biləciyini Rusiya prezidentinin diqqətinə çatdırıb. Mövcud böhranın yoluna qoyulmasında beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin təməl prinsiplərin önəmli olduğunu vurğulayan Türkiyəli rəsmi, Krımın yerli əhalisi olan tatar və ruslar xalqlarının ukraynalılarla birlikdə əmin-amanlıqda yaşamalarının vacibliyini qeyd edib. Baş nazir prezidenti bu şəraitin isə hamılıqla birlikdə yaradılmasının önəmliliyinə inandırmağa çalışıb.
çap et