“Ukrayna qüvvələrinin indi Buça və İrpində Rusiya ordusunun bölmələrini mühasirəyə alması real ehtimalı var”, - məlumatda deyilir.
Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın uğurlu əks-hücumları Rusiya hərbçilərinə Kiyevə hücumu yenidən təşkil etməyə imkan vermir.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Kiyevin şimal-şərqində Rusiya qüvvələrinə təzyiqi artırır. Rusiya hərbçiləri artıq ciddi təchizat və mənəvi problemlərlə üzləşiblər.