Görüş zamanı rusiyalı general açıq şəkildə Əbu İrranın tabeliyindəki bölmələrin və Suriya Müdafiə Qüvvələrinin Ukraynaya qarşı müharibədə iştirak edəcək yaraqlılarının adlarının və şəxsi məlumatlarının siyahısını formalaşdırmaq və təqdim etməyi tələb edib.
Suriyalı polkovnik dəqiq cavab verməyib. Əvəzində o, məsləhətləşdikdən sonra “8-ci briqadanın idarə heyətinin digər nümayəndələri ilə” əlaqə saxlamağa söz verdi.
Bu günə qədər Suriya hakimiyyəti Rusiya ordusunun muzdlularla təmin olunması ilə bağlı tələblərini yerinə yetirməyib. Vədlər verilsə də, son günlər baş verən şiddətli döyüşlər və çoxlu rus itkiləri vəziyyəti dəyişdi. Suriya ordusu komandanlığı hərbçilərin həyatlarını riskə atmaq istəmir.
Hazırda rusiyalılar 16-cı briqadasından muzdluların cəlb edilməsi ilə bağlı danışıqlar aparmağa çalışırlar.