Misir ərazisində «Həmas» qruplaşmasının fəaliyyəti qadağan edilib. Qahirənin Təxirəsalınmaz işlər üzrə məhkəməsi «Həmas» qruplaşmasının Misir ərazisində fəaliyyətini qadağan etmək, habelə qruplaşmanın bütün ofislərini və mənzil-qərargahını müsadirə etmək barədə qərar qəbul edib.Bununla bərabər, Misirdə «Həmas» hərəkatının bəzi üzvləri barəsində ölkənin sabiq prezidenti Məhəmməd Mursinin 2011-ci ilin əvvəlində həbsxanadan qaçmasının təşkil edilməsi ittihamı üzrə cinayət işi qaldırılıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Misir hüquq mühafizəçilərinin fikrincə, 2011-ci ilin yanvar-fevral hadisələrində polis məntəqələrinə, həbsxanalara hücumlarda və digər cinayətlərdə də «Həmas»ın əli var.
çap et