Vaxt.Az

“Gecikməyin, xahiş edirəm”


 

Zelenski: ”Ən azından bunun üçün hər şeyiniz var”

“Gecikməyin, xahiş edirəm” Prezident Vladimir Zelenski Avropa İttifaqı (Aİ) üzvləri qarşısında çıxışı zamanı davam edən müharibə və Rusiyaya qarşı müqavimət kontekstində belə bir qərarın gecikməməsi üçün Ukraynanın Aİ-yə qəbulunu təxirə salmamağa çağırıb.

Ukraynanın dövlət başçısı Avropa İttifaqı Şurasına müraciətində belə deyib.

“Avropa İttifaqı, sizə təşəkkür etmək istəyirəm, bizim ətrafımızda birləşdiniz. Amma mən demək istəyirəm ki, bu və ya digər şəkildə nələr edilib. Amma bir daha: əsas odur ki, siz birləşdiniz və biz bunu həqiqətən yüksək qiymətləndiririk.

Siz sanksiyalar tətbiq etdiniz, minnətdarıq - bunlar güclü addımlardır. Amma bir az gec idi, çünki qabaqlayıcı tədbir olsaydı, onda Rusiya müharibəyə getməzdi. Ən azından şans var idi”, – Ukrayna lideri vurğulayıb.

“Şimal axını 2”-ni blokladınız. Sizə minnətdarıq və bu da doğru addımdır. Amma bu da bir az gec oldu. Axı vaxtında olsaydı, Rusiya qaz böhranı yaratmazdı. Ən azı - belə bir şans var idi.

İndi isə Ukraynanın Avropa İttifaqına üzvlüyünə hazırlaşırıq. Nəhayət, burada sizdən xahiş edirəm - gecikməyin, xahiş edirəm. Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki, kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə Aİ-də olmalıdır. Ən azından bunun üçün hər şeyiniz var. Bizim isə bu şansımız var”, – Zelenski bildirib.

Prezident Aİ-yə üzv ölkələrin Ukraynanı qəbul etməyə hazır olmasından da danışıb.

“Litva bizi (Ukraynanın Aİ-yə üzvlüyünü – red.) dəstəkləyir, Latviya bizi dəstəkləyir, Estoniya, Polşa bizi dəstəkləyir, Fransa - Emmanuel (Makron – red.), inanıram ki, siz bizi dəstəkləyəcəksiniz, Sloveniya bizi dəstəkləyir, Slovakiya, Çexiya bizi dəstəkləyir, Rumıniya - bilir ki, belə bir ləyaqət, ona görə də həlledici anda bizi dəstkələyəcək, Bolqarıstan, Yunanıstan inanıram ki, bizi dəstəkləyir, Almaniyanın dəstəyini (Aİ-yə üzvlüklə dəstəyi – red.) bir az gec bildim.

Ukrayna lideri həmçinin əlavə edib ki, Portuqaliya, Xorvatiya, İsveç, Finlandiya, Niderland, habelə digər ölkələr Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir.

 





25.03.2022    çap et  çap et