“Bununla bağlı müəyyən problemlər yarana bilər, lakin müttəfiqlərlə məsləhətləşmələr aparırıq. Artıq işə başlamışıq”.
Ağ Ev administrasiyasının mənsubu Ukraynaya konkret olaraq hansı raketlərin veriləcəyini açıqlamasa da, həmin raketlər Norveç istehsalı olan “Naval Strike Missile” (NSM) və ABŞ istehsalı olan “AGM-158C LRASM”dır. Üstünlük NSM-ə verilir.
Norveçdəki “Kongsberg” şirkətlər qrupunun istehsalı olan NSM qurğusu “Oshkosh 10×10 PLS” ağır avtomobilin şassisində quraşdırılmış 4 konteynerli sahil buraxılış konteynerindən ibarətdir.
NSM raketli komplekslər artıq Polşa Hərbi-Dəniz Qüvvələrinə verilib. NSM raketi 116 kilometr uçuş məsafəsinə malikdir.
Sözügedən raketlər Kiyevə verilərsə, Rusiya qoşunlarının işğal etdikləri Berdyansk limanındakı gəmilər ukraynalıların asan hədəfinə çevriləcək.
Bundan başqa, Rusiya Hərbi-Dəniz Qüvvələrinin Qara dənizdəki gəmiləri də sahilə 110 kilometrdən az məsafəyə yaxınlaşarsa, vurula biləcəklər.
Beləcə, Ukraynadakı müharibənin gedişatı və konturları da dəyişir.