Vaxt.Az

Bir güllə də atmadan ...


 

Azərbaycan Silahlı Qüvvələrinin 2 kəndi azad etdiyi deyilir

Bir güllə də atmadan ... Ermənilər Xocalının Pirlər kəndindən çıxır. Buna səbəb Azərbaycan silahlı qüvvələrinin Xocalının Fərrux kəndinə keçməsidir.

Azərbaycanın Xocalının Pirlər kəndi saydığı ərazini ermənilər Əsgəran inzibati ərazisi daxilində Xramort kəndi olaraq hesab edir. Kəndin başçısı Zorik Abrahamyan Ermənistan mediasına “Vəziyyət yaxşı deyil” deyib. Erməni mərkəzin yaydığı məlumata görə, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ordusu ilə danışıqlar aparır.

Fərrux kəndinin başçısı Vardan Mxitaryan News.am saytına müsahibəsində deyib: “Onlar (Azərbaycan hərbçiləri - red.) müxtəlif istiqamətdən, atəş açmadan, insan zənciri yaradaraq kəndə girdilər”.

Azərbaycan bu iddiaların yalan olduğunu və Azərbaycan ordusu tərəfindən heç bir insident tördilmədiyini bəyan edib.

“Biz tez insanları evakuasiya etdik, yollar vardı, onlardan keçdik”, - Vardan Mxitaryan bildirib.

“Biz bildiririk ki, qadınlar və uşaqlar təhlükəsizlik səbəbilə evakuasiya olunur”.

Azərbaycan Müdafiə Nazirliyi mülkiləri hədəf almadığını deyib. Qarabağdakı separatçılar bu ayın əvvəlindən Azərbaycanı erməni kəndlərinə atəş açmaqda və atəşkəsi pozmaqda günahlandırıblar.

Azərbaycan Ermənistanı Qarabağdan erməni silahlılarını çıxarmağa çağırıb.

 





24.03.2022    çap et  çap et