Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev ABŞ-ın hədəfinin Rusiyanı alçaltmaq, cilovlamaq, sarsıtmaq, parçalamaq və məhv etmək olduğunu yazıb. Şəxsi Telegram kanalında bununla bağlı fikirlərini bölüşən Dmitri Medvedyev yazır: “Təsəvvür edək ki, Amerika bu qarşıdurma raundunda uğur qazandı. Ağ Evin dar düşüncəli strateqləri Rusiyada sistemli siyasi və iqtisadi böhrana səbəb olub, nəhəng, çox mürəkkəb bir ölkənin parçalanmasına səbəb oldular”. Daha sonra Dmitri Medvedyev dünyanı qorxudur ki, Rusiyanın yerində çoxsaylı nüvə başlığı olan, fanatiklərin və radikalların hakimiyyətə gələ biləcəyi beş-altı dövlətin yarana bilər. Keçmiş prezident hesab edir ki, bu dünyada ərzaq böhranına, böyük nüvə müharibəsinə səbəb ola bilər.
Rusiyanın keçmiş mədəniyyət naziri, hazırda prezidentin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olan Vladimir Medinski isə bildirib ki, Rusiyanın mövcudluğu təhlükə altındadır. “Kollektiv Qərb Rusiyanı siyasi sistemin və ölkənin məhvinə doğru itəliyir”. Medinski bildirib ki, indiki vəziyyət monarxiyanın devrildiyi 1917-ci ilin fevral ayı öncəsini xatırladır.