... Adolf Hitler İkinci Dünya Müharibəsinə başlayaraq ard-arda dövlətləri işğal edərkən də reytinqi yüksək idi, Medvedevin təbirincə desək, almanların dörddə üçündən də çoxu Hitlerin savaşlarını dəstəkləyir və onlar da işğalçı savaşlara “xüsusi əməliyyat” kimi mənasız ad tapmışdılar. Cəmiyyət üzvlərinin stadionda konsertə toplaşmalarını Putinə dəstək anlamı daşıdığını bildirən Medvedev Hitlerin stadionlarda və konsert salonlarında yüzminlərlə almanı topladığını unudub. Ancaq Hitler müharibədə ilk məğlubiyyətləri ilə üzləşməyə başladıqda almanlar əvvəlcə gizlincə pıçı-pıçı ilə uçuruma yuvarlandıqlarını söyləməyə başladılar, bir az sonra isə ordu içərisində qiyam planı hazırlandı. Bir qrup alman generalın çevriliş cəhdi nəticə vermədi, Hitler yüngül yaralandı və cəmi bir il sonra onun yanmış meyitini dağıdılmış Berlin divarlarının xarabalıqlarında tapdılar. Hitlerə olan “dörddə üçlük” dəstək işə yaramadı.