Estoniyanın Baş naziri Andrus Ansip istefa verib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o, bunu hökumətin martın 4-də keçirilən növbədənkənar iclasında bildirib.Qanuna görə, Nazirlər Kabineti də A.Ansiplə bərabər istefaya gedəcək. Buna baxmayaraq hökumət üzvləri yeni Nazirlər Kabineti təşkil olunana qədər öz vəzifələrini icra edəcəklər.
Qeyd edək ki, A.Ansip istefaya gedəcəyini hələ fevralın axırlarında bəyan etmişdi. O bildirmişdi ki, bu qərarı təzyiq altında olmadan, könüllü qəbul edir.
çap et