Bu açıqlama bir ay öncə başladılan hücum ərzində özündən dəfələrlə kiçik Ukrayna ordusu ilə müqayisədə Rusiyanın aşkar üstünlüyə malik olmasına baxmayaraq, əksəriyyətin əsas hesab etdiyi məqsədlərə nail olmaqda müvəffəqiyyətsizliyin səbəbini izah edə bilər. Həmin məqsədlərə nümunə olaraq, Ukraynanın hava qüvvələrinin neytallaşdırılması göstərilə bilər.
İnformasiyanın həssaslığı səbəbilə anonim qalmaq istəyən ABŞ rəsmiləri bu rəqəmləri dəstəkləyən sübutlar, o cümlədən Rusiya raketlərinin uğursuzluq nisbətini izah edən meyarlar haqda məlumat verməyiblər.
“Reuters” bu məlumatın dəqiqliyini müstəqil şəkildə müəyyən etməyə müvəffəq olmayıb.
Kreml və Rusiyanın Müdafiə Nazirliyi mövzunu şərh edilməsi ilə bağlı müraciətə cavab verməyiblər.
Bu yüksəklikdə uğursuzluq nisbətini izah edəcək səbəblərə raketin buraxılması zamanı yaşanan problemlərdən başlayaraq, toqquşma anı partlayışın baş verməməsi daxil ola bilər.
ABŞ-ın müdafiə rəsmilərinin mətbuata bildirdiklərinə görə, Pentaqon müharibənin başladığı tarixdən bu günə qədər Rusiyanın 1100-dən çox müxtəlif növ raketlərdən istifadə etdiyini təxmin edir. ABŞ rəsmiləri həmin raketlərin neçəsinin hədəfə çatdığı və neçəsinin uğursuz olduğu haqda məlumat verməyiblər.