Vaxt.Az

İşğalçılar Xersonda sıxışdırlır


 

Şəhər azad edilməsi Putinin hərbi səylərinə böyük zərbə olacaq

İşğalçılar Xersonda sıxışdırlır “Rusiya artıq Xersona tam nəzarət etmir”. Bu barədə məlumatı “The New York Times” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən verib.

Ukrayna qüvvələri hazırda Xersonda şiddətli döyüşlər aparır və bəzi ərazilərdə rus işğalçılarını tədricən sıxışdırırlar.

“Bu, Rusiya ordusunun Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-mayor Sergey Rudskinin cümə günü yaydığı və Xerson vilayətinin” tam nəzarət altında olduğunu iddia edən bəyanatı ilə ziddiyyət təşkil edir”, – Pentaqon rəsmisi bildirib.

ABŞ Müdafiə Nazirliyinin analitiklərinin fikrincə, Ukraynanın Xersonun qaytarılmasında əldə etdiyi istənilən uğur Putinin hərbi səylərinə böyük zərbə olacaq.

Xersonun itkisi həm də qonşu Nikolaevdə döyüşən rus qoşunlarını təhdid edəcək.

***

Pentaqon başqa bir xəbərdə bildirib ki, ABŞ 800 milyon dollarlıq yardım paketinin birinci hissəsini Ukraynaya çatdırıb. Yaxın günlərdə daha 3 analoji çatdırılma gözlənilir.

 





25.03.2022    çap et  çap et