Tərəflər bu istiqamətdə səy göstərməklə bağlı razılaşıblar, lakin Nikolun xahişləri bəzi məqamların ən yüksək səviyyədə etirafıdır:
- Bölgədə vəziyyət artıq əvvəlki kimi deyil və sülhməramlılar proseslərə müdaxilə edə bilmir, yaxud etmir;
- Azərbaycan Ordusu mövqelərin dəqiqləşdirilməsi üzrə irəliləyir;
Paşinyanın zənginin nəyisə dəyişdirəcəyi ehtimalı da azdır:
- Azərbaycan Ordusu suveren ərazilərimizdə hərəkət edir və böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaq;
- Proseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir.
Baş verənlərin 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır:
- Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib;
- Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır.