Avropa Birliyi Ukraynanın «Qazprom»a olan 2 milyard dolları ödəyəcəyinə söz verib. AzVision.az Agence France-Presse-ə istinadən xəbər verir ki, bu açıqlamanı AB-nin energetika üzrə komissarı Qyunter Ottinger verib. Onun sözlərinə görə borcun bağlanması Avropa Birliyinin Ukraynaya kömək paketinin əsaslı hissəsidir.
Avropa komissiyasının nümayəndəsi Pii Arenkilde Xansen isə artıq Ukraynaya kömək paketinin çərşənbə günü razılaşacağını bildirir.
Xatırladaq ki, «Qazprom» aprel ayından Ukraynaya verilən qazın qiymətini qaldıracaq.
çap et