Polşanın baş naziri Mateuş Moravetski Ukraynanın xilası üçün onun hökumətinin hazırladığı 10 bəndlik planı təqdim edib. Moravetski düşünür ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə qarşı hazırlanmış bu planı qəbul etməlidir. Plan “Politico” portalında dərc olunub və ona artıq Çexiya və Sloveniya da qoşulublar.Plan aşağıdakı bəndlərdən ibarətdir:
Bütün Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılması
Ukraynaya qarşı vuruşmaqdan imtina edən Rusiya əsgərlərinə sığınacaq verilməsi siyasətinin yürüdülməsi
Avropada Rusiya təbliğatına tam son qoyulması
Avropanın bütün dəniz portlarının Rusiya gəmilərinə qadağan edilməsi
Rusiyaya və oradan bütün avtomobil hərəkətinin dayandırılması
Rusiya oliqarxlarının bütün biznes çevrəsinə sanksiyalar qoyulması
Rusiya vətəndaşlarına Avropa İttifaqı ölkələrinə viza verilməsinin dayandırılması
Rusiyada hakim Vahid Rusiya partiyasın bütün üzvlərinə sanksiyalar qoyulması
Rusiyaya hərbi məqsədlə istifadə oluna biləcək istənilən texnologiyaların ixracının qadağanı
Rusiyanın bütün beynəlxalq təşkilatlardan xaric edilməsi
Bundan əvvəl Polşa Ukraynaya beynəlxalq sülhməramlıların göndərilməsini təklif etmişdi.
Lakin bu təklif NATO-nun sammitində müzakirə edilməyib.
Hazırda Polşada olan ABŞ prezidenti Co Baydenin bu planla tanış olub-olmadığı məlum deyil.
çap et