Vaxt.Az

Növbəti hədəfi Moldovadır


 

Rusiya Krımdan sonra Dnestryanı «yaranın qasnağı»nı qoparacaq

Növbəti hədəfi Moldovadır Dumanın deputatı Roman Hudyakov Dnestryanının müstəqilliyini tanımağı təklif edir.

Rusiya Dövlət Dumasının Dumada Regional siyasət və Şimal və Uzaq Şərq Problemləri Komitəsi sədrinin müavini, Liberal-Demokrat Fraksiyasının beynəlxalq əlaqələr üzrə səlahiyyətli təmsilçisi, Dnesteryanıdan olan deputatı Roman Hudyakov Moldovada separat rejimin müstəqilliyini tanıdığını bəyan edib.

Bu açıqlama ilə deputat Roman Hudyakov öz «facebook» səhifəsində çıxış edib.

O, Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyindən bu rejimin müstəqilliyinin tanınmasını istəyib. XİN müavini Q.B Karasinə müraciətində Ukraynanı misal göstərən deputat Rusiyanın Dnesteryanını qorumalı olduğunu deyib.

“Təklif edirəm ki, Ukraynada hadisələrin inkişafını nəzərə alıb bənzər ssenarinin Moldovada təkrarlanmasına yol verməyəsiniz. Hər şeydən əvvəl, söhbət 200 min Rusiya vətəndaşının yaşadığı Dnestryanıdan gedir. 2006-cı ildə keçirilən referendumda Dnestryanı Moldova Respublikasının 97% vətəndaşı Rusiyanın tərkibində müstəqilliyin tərəfdarı olduğunu bəyan ediblər. Bu gün isə onlar rumın yönlü Moldova hökumətinin hərbi ilhaqına məruz qala bilərlər.

Yaranmış vəziyyətin ağırlığını və təhlükənin böyüklüyünü, eləcə də Dnestryanı xalqının istəyini nəzərə alaraq Dnestraynının müstəqilliyinin tanınmasını və daha sonra Rusiya Federasiyasını qoşulması məsələsini bir daha gözdən keçirməyinizi xahiş edirəm”.

Qeyd edək ki, Roman Hudyakov LDPR partiyasının üzvüdür. O, Jrinovskiyə yaxın olan sima kimi tanınır.

 





05.03.2014    çap et  çap et