Vaxt.Az

Ermənilərin yeni hiyləsi


 

Azərbaycanın qarşıya qoyduğu dörd hədəf

Ermənilərin yeni hiyləsi Ermənistan rəsmiləri və erməni separatçıları yeni hiyləyə əl atıblar. Onlar son açıqlamalarında Qarabağdakı son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirirlər.

Yəni demək istəyirlər ki, Azərbaycan Rusiyanın Ukraynada müharibəyə başının qarışmasından istifadə edərək Qarabağdakı mövqelərini gücləndirir. Anlamırlar ki, Ukraynada müharibə olmasaydı belə biz qarşımızda dayanan hədəflərə çatmalıyıq:


1. Separatçılar tərksiilah olunmalı;

2. Xocalı qəsəbəsi və Şuşanın kəndləri boşaldılmalı;

3. Laçın dəhlizi nəzarətimizə keçməli;

4. Qarabağın tamamı Azərbaycan qanunları ilə idarə olunmalıdır.


Ermənistan rəsmiləri və Qarabağ separatçıları son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirərkən Kremlin qorxusundan Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanat haqqında danışmaq istəmirlər. Həmin bəyanatın birinci bəndinə görə Qarabağda separatçı qalmamalı və rusiyalı hərbçilər Azərbaycana hədəflərinə çatmaqda mane olmamalıdırlar.

***

44 günlük müharibədə olduğu kimi Ermənistanın yenə beynəlxalq təşkilatlara və müxtəlif dövlətlərə Azərbaycanı durdurmaq üçün çağırışları və yalvarışları artıb. Ermənistanın baş naziri Nikol Paşinyan yenə telefondan ikiəlli yapışıb, Moskvaya, Vaşinqtona və Parisə zənglər edir. Paşinyan Rusiya prezidenti Vladimir Putinə hətta Qarabağdakı rusiyalı hərbçilərdən şikayət edib. Ermənilər dünəndən belə xəbərlər yayırlar ki, guya rusiyalı hərbçilər Azərbaycan hərbçilərinin mövqelərini möhkəmləndirməsinə imkan verməməliydilər.

Biz doğru bildiyimiz işi görürük. Ancaq bunu beynəlxalq aləmə və dövlətlərə daha geniş şəkildə izah etməliyik. Misal üçün “Dağlıq Qarabağ” bölgüsü yoxdur, Qarabağ və Şərqi Zəngəzur var. Ancaq bir qrup ölkə və beynəlxalq təşkilat əvvəlki kimi açıqlamalarında və bəyanatlarında “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Bu Azərbaycana və qanunlarımıza hörmətsizlikdir. Azərbaycanın həmin ölkələrdəki səfirlikləri çalışdıqları ölkələrin rəsmi strukturlarına və mediasına bu haqda açıqlama göndərməkdən yorulmamalıdırlar. Ermənistanın haray-həşiri qarşılığında fəallığımızı artırmalıyıq.

 





26.03.2022    çap et  çap et