ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti deyib: «Prezident Putin, yəqin ki, hüquqşünaslarını dəyişib. Ola bilər ki, danışıq tərzini dəyişib. Amma mən inanmıram ki, o, bununla kimisə axmaq yerinə qoya bilər», - deyə Vaşinqtonda çıxış edən ABŞ lideri bildirib.
Putin bildirmişdi ki, Rusiya öz vətəndaşlarını qorumaq üçün Ukraynaya qoşun yeridə bilər, amma hələ ki, bunu etməyi planlaşdırmır. Obama əmindir ki, bu cür təcavüz beynəlxalq hüququn pozulması olar və Rusiya ilə sərhədi olan digər dövlətlərə də ciddi narahatlıq üçün əsas verərdi.
Qeyd edək ki, Vladimir Putin Ukrayna ərazisində Rusiya qoşunlarının olması faktını təkzib edir, amma faktlar onun dediklərini təsdiqləmir.