“Ruslara aid olan hər şeyə nifrət mütləq artacaq. Rus dilinə ən böyük zərəri Vladimir Vladimiroviç Putin vurub. Məncə, bu, düzəlməz zərərdir. Təbii ki, insanlar bəzən Rusiyadan kənarda rus dilində danışmaqdan utanacaqlar”, - deyə o vurğulayıb.
Zelenski həmçinin etiraf edib ki, prezidentliyinin əvvəlində özü də müəyyən mənada Rusiya ilə münasibətlərin mümkün “normallaşdırılmasına” ümid bəsləyirdi. Və öz siyasətində Donbassda atəşkəsə nail olmağa və normallaşma üzrə danışıqlara başlamağa çalışırdı.