Vaxt.Az

Putinin 8 il əvvəlki hədəsi


 

“İstəsəm Rusiya ordusu 2 günə nəinki Kiyevi, Vilnüsü, Riqanı, Tallini, Buxaresti və Varşavanı da tutar”

Putinin 8 il əvvəlki hədəsi Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbasda gedən müharibə zamanı Ukrayna prezidenti Pyotr Poroşenkonu “istəsəm Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

Bu haqda Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. “Əgər istəsəm Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsü, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, - Putin Poroşenkonu hədələyib.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi. Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək. “Əgər biz Ukraynaya dəstək verməsək bu müharibə Ukrayna ilə bitməyəcək”, - o bildirib. (virtualaz.org)

 





28.03.2022    çap et  çap et