Vaxt.Az

«Tehran təminat verməlidir»


 

ABŞ-İran razılaşmasının başlıca şərtləri

«Tehran təminat verməlidir» Dövlət katibi Con Kerri ABŞ-la İran arasında razılaşmanın şərti açıqlayıb. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, amerikalı diplomat ABŞ - İsrail ictimai münasibətlər komitəsinin iştirakçılarına müraciətində deyib ki, bunun üçün Tehran nüvə silahı yaratmayacağına təminat verməlidir.

Bundan başqa Con Kerri daha iki şərt irəli sürüb. Birincisi, İran nüvə proqramının dinc xarakterli olduğunu sübut etməli, ikincisi isə əgər İran nüvə silahı arsenalını gerçəkləşdirmək niyyətində olarsa, o zaman ABŞ-ın İslam Respublikasına qarşı durmaq üçün vaxtı var.

C.Kerri bu maddələri Tehranla daimi razılaşma əldə etmək üçün «standart» adlandırıb.

Xatırladaq ki, bir neçə gün İran prezidenti Həsən Ruhani onların nüvə silahı istehsalından imtina etdiklərini bildirmişdi.

 





05.03.2014    çap et  çap et