Vaxt.Az
Rus diplomatların qovulması kütləviləşir
Daha bir Avropa ölkəsi Rusiyanın 5 adamını “persona non grata” elan edib
Şimali Makedoniya Rusiyanın bu ölkədəki 5 diplomatını “persona non grata” elan edib. MIA xəbər agentliyinin məlumatına görə Rusiya səfiri Sergey Bazdnikin martın 28-də Şimali Makedoniyanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ona 5 diplomatın ölkədən çıxarılmasına dair nota verilib.“Skopye” bu qərarının səbəblərini açıqlamır. Bundan əvvəl Bolqarıstan Rusiyanın bu ölkədəki səfirliyinin 10 əməkdaşını persona non grata elan etmişdi.
Ötən həftə habelə Latviya, Litva və Estoniya Rusiya diplomatlarının ölkədən xaric edilməsinə dair qərarlar qəbul ediblər.
Rusiya martın 28-də Slovakiyanın 3 diplomatının ölkədən çıxarılacağını bəyan edib.
28.03.2022
çap et