Vaxt.Az

... İsrail baş nazirinin COVİD testi müsbət çıxıb


 

Blinkenlə danışıqlarından sonra ...

... İsrail baş nazirinin COVİD testi müsbət çıxıb Ofisinin bazar ertəsi bildirdiyinə görə, ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşdükdən sonra İsrailin Baş naziri Naftali Bennetin COVİD-19 testi müsbət çıxıb.

Bəyanatda deyilib ki, bazar günü İsrail və ərəb diplomatlarının “tarixi zirvə toplantısı” çərçivəsində Blinkenlə Qüdsdə görüşən Bennet “özünü yaxşı hiss edir və iş qrafikini evindən davam etməyi planlaşdırır.

Bundan əlavə Bennetin bazar günü silahlı şəxslərin iki polis əməkdaşını güllələdiyi Hadera şəhərinə səfər etdiyi bildirilib. Hücumun məsuliyyətini İslam Dövləti qruplaşması öz üzərinə götürüb.

Polisin açıqladığı məlumatda İsrailin Terrorla Mübarizə əməkdaşları tərəfindən öldürülən iki hücumçunun İsrail kəşfiyyatının yerli İslam Dövləti üzvləri kimi tanıdığı israilli ərəblər olduğu bildirilib.

Bennetin ofisi bildirib ki, bazar ertəsi Baş nazir “dünən gecə baş verən hücumdan sonra vəziyyəti” müdafiə, ictimai təhlükəsizlik nazirləri, ordunun baş qərargah rəisi və digər rəsmilərlə müzakirə edəcək.

Haderaya səfərindən sonra İsrail mediası tərəfindən yayımlanan şəkillərə və polis tərəfindən hücumla bağlı verilən məlumatlara görə, Bennettin üz maskası taxdığını görmək olub.

Lakin bazar günü Blinkenlə birgə keçirdiyi mətbuat konfransı zamanı Baş nazirin üzündə maska olmayıb.

ABŞ-ın Baş diplomatı 2020-ci ildə yəhudi dövləti ilə əlaqələri normallaşdıran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş rəsmiləri ilə əlamətdar danışıqlarda iştirak etmək üçün İsraildədir. Onun misirli həmkarı da qrupa bazar ertəsi Negev səhrasında qoşulacaq.

Danışıqlar 2015-ci ilin nüvə sazişini bərpa etmək üçün Vaşinqtonun İranla tezliklə əldə edə biləcəyi razılaşma ilə bağlı regional narahatlıqların artması fonunda keçirilir.

İsrail və əksər Körfəz ərəb ölkələri yəhudi dövlətinin mövcudluğunu təhlükə hesab edən Tehranla yenidən sövdələşməyə şübhə ilə yanaşır.

 





28.03.2022    çap et  çap et