Bunu “etibarlı mənbəyə” istinadla bu gün (martın 28) “The Wall Street Journal” qəzeti yazıb.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kiyevin vasitəçilik ricasına müsbət cavab vermiş Abramoviçin və Ukraynanın danışıq komandasından daha iki nəfərin zəhərlənmə simptomları keçirdiyi xəbər verilir.
Qəzet yazır ki, simptomlar gözlərin qızarması, gözlərdə kəskin ağrı və fasiləsiz yaşarma, üz dərisinin kəpəklənməsindən ibarət idi.
Bu da xəbər verilir ki, Abramoviç və Krım tatar millət vəkili Rüstəm Umerov da daxil Ukrayna danışıqçılarının səhhəti hazırda normaldır və onların həyatına təhlükə yoxdur.
Bu məsələ ilə yaxından tanış olan mənbə “Reuters” agentliyinə bildirib ki, hadisə Abramoviçin fəaliyyətini dayandırmasına səbəb olmayıb.
Bundan əvvəl Kreml bildirmişdi ki, Roman Abramoviç Rusiya və Ukrayna arasında danışıqların erkən mərhələsində rol oynayıb, amma indi müzakirələri sırf tərəflərin özü aparır.