Vaxt.Az

Kreml, küçüyünü ayağına bağla...


 

Biz Afrikadakı banan ölkəsi deyilik, hədələrə cavab verməyin yolunu bilirik

Kreml, küçüyünü ayağına bağla... “Ukraynanın ərazisində normal dövlətliyi, idarəetməni və hakimiyyəti bərpa etmək gərəkdir. Yaxşı olar ki, bütün bunlar Ukrayanın Rusiyanın tərkibində olduğu halda baş versin. Əks halda denasifikasiya və demilitarizasiya alınmayacaq”.

Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyaqin “Rossiya 1” telekanalındakı “60 dəqiqə” (60 minut) proqramında çıxış edərkən belə deyib.

Olqa Skabeyeva və Yevgeni Popovun aparıcılıq etdiyi proqramda Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla bağlı mövcud durumdan bəhs edən M.Delyaqin bir sıra dövlətləri “xəyanətkar və aqressiv mövqe” tutmaqda suçlayıb.

Onun sözlərinə görə, rəsmi Varşava Polşa-Rusiya sərhədi boyunca qoşun yığmağa davam edir.

Daha sonra o, postsovet məkanı ölkələri ilə Rusiyanın münasibətlərindən, daha doğrusu, Rusiya Federasiyasının indiki şəraitdə “nə etməli olduğundan” bəhs edib.

“Çox yəqin ki, NATO tərkibində yox, müstəqil olaraq Polşa Belarusa hücum etməyə çalışacaq. Belarusun sərhədi isə faktiki olaraq Rusiyanın sərhədidir. Azərbaycan isə Qarabağda atəşkəsi pozub, irəliləyib və yeni mövqeləorindən də geri çəkilmirlər. Yəni dediym odur ki, Amerikanın satellitlərinin belə aqressiya siyasəti var, onun da qarşısı alınmalıdır”, - M.Delyaqin söyləyib.

Daha sonra o, reallıq və siyasi əxlaq hisslərini tam itirərək “Türkiyənin əlaltısı olan, “dövlət” adlandırdığımız Azərbaycan” ifadəsini işlədib.

“Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq.  Bunu etməsək, olmayacağıq. Anlayırsınızmı?! Məsələ elə bu cürdür”, - M.Delyaqin söyləyib.

Proqramın aparıcısı Olqa Skabeyeva isə deyib: “Moldova və Gürcüstan bizə qarşı sanksiyalar qoşulmalıdılar. Təsəvvür edin - Gürcüstan! Amma Azərbaycan... Azərbaycanın Müdafiə Nazirliyi elə bəyanat verib. Bununla məşğul olmalıyıq. Mümkündür, indi vaxtı deyil, amma məşğul olmalıyıq!”

Teleaparıcı Olqa Skabeyevanın intellktual qabiliyyətinə bələdik və bu səbəbdən aşkar ermənipərəst məxluqun dedikləri önəmli deyil.

Önəmli olan Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanı aşkar şəkildə hədələməsi, ölkəmizin neft hasilatı və emalı sənayesini “vurmağı” təklif etməlidir.

Ümid edirik ki, Rusiya Federasiyasının hakimiyyət dairələri, Dövlət Duması və Prezident Administrasiyası haqqında bəhs etdiyimiz deputanın gerizəkalı, idiotik və plebey çıxışına layiqli qiymət verəcəklər.

Mixail Delyaqin kimi reallıq hissini və şərəfini itirmiş “deputat” unutmamalıdır ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.

Və biz Afrikadakı banan ölkəsi deyilik, hədələrə də cavab verməyin yolunu bilirik.

Daha sadə yazım: Kreml, küçüyünü ayağına bağla...

 





29.03.2022    çap et  çap et