Vaxt.Az

Qiyamət əvvəl beyinlərdə baş verir...


 

Ukraynaya salınan odun tüstüsü Rusiyadan çıxmağa başlayıb

Qiyamət əvvəl beyinlərdə baş verir... Vladimr Putin Mixail Delyaqini Vladimr Jirinovskinin yerinə hazırlayır. Dövriyəyə Mixail girirsə, demək süqut uzaqda deyil. SSRİ-də də belə oldu. Mixail gəldi, dövlət getdi.

Deyilənə görə, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə nüvə zərbəsi endirməyi təklif edib. Ardınca da öz “Twitter” hesabında “Bakıya nüvə zərbəsi endirək?” sualı ilə sorğu da keçirir.

“Rossiya24” kanalı da bu sarsağın həmin dediklərini efirə verib.

Görürsünüz hər şey necə ardıcıllıqla bir birini tamamlayır. Biri təyin edir, biri deyir, biri efirə verir, biriləri müzakirə edib yenə eyni fikrə gəlirlər və proses özünü təlimatlandırılmış digərləri hesabına davam etdirir...

Birazdan Putinin əmri ilə başqaları da ətrafa zəhər püskürəcəklər. Putin bununla həm bütün ətrafını günahkar və cinayətkar etməyə çalışır, həm də dünyaya demək istəyir ki, “baxın aaa, biz tərəflərdə təkcə mən debil deyiləm, hamımız beləyik. Birimizdən qurtulsanız, yaxanız o birimizin əlinə keçəcək “.

Yəni şair demiş: yüz-yüz itən olacaqsa, min-min də bitən olacaq. Yəni sonadək dağıtmadan əl çəkməyin bu dövlətdən. 

Bütün bunlar Rusiyada qiyamətin - yəni sonun yaxınlaşdığının əlamətidir. Qiyamət birinci beyinlərdə, ağıllarda baş verir, sonra ətrafa sıçrayıb hər yanı yandırır. Ukraynaya salınan odun tüstüsü Rusiyadan çıxmağa başlayıb artıq.

 





29.03.2022    çap et  çap et