Vaxt.Az

Avropadan 17 rusiyalı diplomatı qovurlar


 

“Kəşfiyyat təhlükəsi yüksək olaraq qalır”

Avropadan 17 rusiyalı diplomatı qovurlar Niderland çərşənbə axşamı 17 Rusiya diplomatını ölkədən çıxardığını elan edib və onları “milli təhlükəsizliyə təhlükə” kimi xarakterizə edib.

Xarici işlər nazirliyi bildirib ki, diplomatların ölkədən çıxarılmasına səbəb onların “gizli şəkildə kəşfiyyatçı kimi fəaliyyət göstərdiyini” göstərən məlumatdır.

Nazirlik əlavə edib ki, “Niderlanda qarşı kəşfiyyat təhlükəsi yüksək olaraq qalır. Rusiyanın hazırkı münasibəti bu kəşfiyyatçıların mövcudluğunu arzuolunmaz edir”.

Nazirlik bildirib ki, bu addımı bir neçə başqa ölkə ilə məsləhətləşdikdən sonra atıb.

Niderlandın Xarici işlər naziri Vopke Hoekstra deyib ki, ölkəsi Moskvanın Rusiyadakı niderlandlı rəsmilərə qarşı qisas tədbirləri gördüyü halda buna hazırdır.

Daha öncə Birləşmiş Ştatlar, Bolqarıstan, Slovakiya, Estoniya, Latviya, Litva və Monteneqro da oxşar addımlar atıb.

 





29.03.2022    çap et  çap et