İkinci səfər Rusların Bakı neftinə od vurub buranı partlatmaq ideyası Bolşeviklərin olub. Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklər neft mədənlərinə od vurub Cümhuriyyətin təslim olmasını tələb etmək planları olub. Bu planın icrasını Serqo Orconikidze və Çingiz İldırıma həvalə etmiş idilər. Bakıda bolşevik ideyası daşıyan neft mədənlərində çalışan işçilər 1920-ci ilin əvvəllərində Bakı neft quyuları və anbarlarına od vurub yandırmalı idilər ki, nəticə Cümhuriyyət geri çəkilib hakimiyyəti onlara verməli idi. Lakin Lev Trotskinin Leninə Bakı neftinin onlara hansı uğurlar gətirə biləcəyini inandırdıqdan sonra plan həyata keçirilməmiş və nəticədə Bakıya Çingiz İldırım dənizdən hücum etmək əmrini alır.
Üçüncü səfər Bakının neft mədənlərini partlatmaq Stalinin ideyası olub. İkinci dünya müharibəsi illərində Bakının almanlara təslim olmaması üçün bütün neft mədənləri minalanmış idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75 faizi, benzinin 85-90 faizi Azərbaycanın payına düşürdü və belə qızıl şəhəri almanlara vermək əvəzinə ora od vurub yandırmağı Stalin üçün önəmli idi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi Stalinin. Lakin azərbaycanlıların Bakını qorumaq üçün səfərbərlik etməsi, Britaniya və Amerikanın müharibəyə qoşulması və almanların yavaş-yavaş məğlub olması Bakını xilas etdi, neft mədənləri minalardan təmizləndi...
İndi də Rusiya Bakı neftinin istənilən zaman partlada bilər planı deputatın dili ilə yenidən gündəmə gətirilir. Bu bir daha göstərir ki, Rusiya Azərbaycana dost ölkə deyil və ola bilməz. Rusiya işğalçı planını icra etmək üçün böyük şəhərlərə od vurub yandıra bilər və bunun hazırda Ukraynada baş verənlərə baxanda şahid oluruq...