Vaxt.Az

Baş nazir göstəriş verdi


 

Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Baş nazir göstəriş verdi Kanadanın baş naziri Stiven Xarper Rusiya ilə hərbi sahədə əməkdaşlığın dayandırılmasına dair göstəriş verib.

APA-nın məlumatına görə, bu barədə «CNN» telekanalı məlumat yayıb.

«Bu gün səhər mən Kanada və Rusiya Silahlı Qüvvələri arasında planlaşdırılmış ikitərəfli təmasların dərhal dayandırılmasına dair göstəriş vermişəm», deyə Xarper bildirib.

«Söhbət «Sayıq qartal» kimi hərbi təlimlərdən və planlaşdırılmış görüşlərdən gedir», deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiya ilə hərbi-texniki əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul edib.

 





05.03.2014    çap et  çap et