Vaxt.Az

“Mən televizoru söndürürəm”


 

Moskva məhkəməsi Serebrennikova qarşı şərti cəzanı ləğv edib

“Mən televizoru söndürürəm” Rejissor Kiril Serebrennikov Rusiyadan Fransaya gedib. Bu haqda martın 20-da kinoşünas Joel Şapron məlumat yayıb. O, “Facebook”da Serebrennikovun Parisdə Bastiliya meydanında fotosunu paylaşıb. Onun köynəyində “Mən televizoru söndürürəm” sözlər yazılıb.

“Beynimdəsə mədəniyyəti işə salıram. Filmlər hazırlanır, çəkilişlər, montaj gedir, master-klaslar planlaşdırılır. Kiril, çox sağ ol ki, həmişə belə fəalsan!” – Şapron yazıb.

Martın 28-də Moskvada məhkəmə Serebrennikova qarşı şərti cəzanı ləğv edib, onun xüsusilə böyük məbləğdə dələduzluq maddəsi üzrə məhkumluğunu qaldırıb. Məhkəmə cəzanın sınaq müddətinin yarısının keçməsini, cərimənin və zərərin tam ödənməsini nəzərə alıb.

***

2020-ci ilin iyununda Serebrennikova “Yeddinci studiya” işi üzrə şərti cəza və 800 min rubl cərimə kəsilib. O və digər təqsirləndirilən 2011-2014-cü illərdə “Platforma” və “Yeddinci studiya” layihələrinə ayrılmış 133 milyon rubl dövlət vəsaitini mənimsəməkdə ittiham olunublar. İş üzrə təqsirləndirilənlər isə əksinə, layihələrə öz pullarını da yatırdıqlarını deyirdilər.

2021-ci ilin noyabrında Serebrennikov Mədəniyyət Nazirliyinin qaldırdığı “Yeddinci studiya” işi üzrə təkbaşına 129 milyon rubl ödəyib. O, 800 min rublu isə şərti cəzayla birlikdə kəsilmiş cərimə kimi ödəyib.

Son bir ayda Rusiyanı çoxsaylı incəsənət adamları tərk edib. Onlar Rusiyanın fevralın 24-də Ukraynanı işğal etməsinə qarşı çıxanlardır.

 





30.03.2022    çap et  çap et