Beləliklə ötən bir həftə ərzində İsraildə silahlı hücum qurbanlarının sayı 11 nəfərə çatıb. Fələstin prezidenti Mahmud Abbas İsrail vətəndaşları üzərinə hücumu qətiyyətlə pisləyib. O deyib ki, bu cür hadisələr vəziyyəti yalnız mürəkkəbləşdirir.
Abbas habelə xəbərdarlıq edib ki, indi ətrafdakı yəhudi məskunlarından qisas hücumları ola bilər.
***
Fələstinlilər son vaxtlar Qərb sahilində və Şərqi Yerusəlimdə məskunlaşmış yəhudilər tərəfindən zorakılıqların artmasından şikayətlənirlər.
İsrail televiziyasında göstərilən reportajda qara geyimli bir nəfərin əlində avtomat küçə ilə hərəkət etdiyi görünür. Medianın verdiyi xəbərlərdə hücum edənin Qərb sahilindəki Cenin kəndi yaxınlığında yaşayan bir fələstinli olduğu bildirilir.
Polis bildirir ki, sözü gedən şəxs 4 mülkini və bir polis nəfərini güllələdikdən sonra özü də polislə atışmada öldürülüb. İsrail rəsmiləri xəbərdarlıq ediblər ki, qarşıdan gələn Ramazan ayında zorakılıqlar daha da arta bilər.
Ötən il Ramazan ayı zamanı fələstinlilərlə İsrail polisi və yəhudi məskunlar arasında zorakı toqquşmalar baş vermişdi. O vaxt İsrail polisinin Əl-Əqsa məscidinə və Dəməşq Qapısındakı toplantı zamanı reyd keçirməsi İsrail və Qəza silahlıları arasında 11 günlük münaqişəyə səbəb olmuşdu.
Bu münaqişədə fələstinlilər raket atır, İsrail isə hava zərbələri endirirdi.