Onun sözlərinə görə, Azərbaycan ordusu son irəliləmə zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. “Mən bunu yazıram ona görə ki, çoxları bilmədən, yaxud bilərəkdən ancaq Fərrux kəndini müzakirə predmetinə və prinsipial məsələyə çeviriblər. Əslində isə strateji planda Daşbaşı dağ silsiləsinin müxtəlif sahələri Fərrux kəndinin alınmasından dəfələrlə böyük təhlükə yaradır”, – Abramyan bildirir.
Onun sözlərinə görə, azərbaycanlılar Fərrux kəndini aralıq zona kimi istifadə ediblər və kəndə daxil olandan dərhal sonra Daşbaşı yüksəkliyinin müxtəlif sahələrinə qalxmaq, orada mövqelər qurmaq, möhkəmlənmək, fasiləsiz təchizat üçün kənar yollar çəkməyə başlayıblar.
“Əgər Azərbaycan qoşunlarını əvvəlki mövqelərinə qaytarmasa (hansı ki, Tiqran bunu yuxusunda görər – red.) o zaman Qarabağın hazırda bizim nəzarətimizdə qalan (Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləri nəzərdə tutulur – red.) hissəsində bizim belimizi qırmaq üçün misli görünməmiş situasiya yaradacaq”, - o yazıb.
“Ermənistan” fraksiyasından olan digər müxalif deputat Artur Xaçatryan isə bildirir ki, əgər Azərbaycan Daşbaşı yüksəkliyini nəzarətində saxlamaqda davam etsə o zaman Xankəndi şimal-şərq istiqamətindən də ciddi problemlərlə üzləşəcək. Hansı ki, Şuşanın azad olunmasından sonra Xankəndi artıq şimal-qərb istiqamətindən Azərbaycan ordusunun “ovcunun içindədir”.
Qeyd edək ki, Fərrux dağ silsiləsində yerləşən Daşbaşı yüksəkliyindən Ağdam şəhəri də daxil olmaqla rayonun bir sıra kəndlərinə, o cümlədən Əsgərana və Xocalıya tam vizual nəzarəti təmin etmək mümkündür. (virtualaz.org)