129-cu yerə...
Bir tək milli komandasına dövləti tərəfindən yüz milyondan çox pul xərclənən ölkənin tutduğu mövqeyə bax.
129-cu yer.
Futbol ənənəsi olmayan, dilənçi kökündə yaşayan ölkələrin də reytinqinə baxırsan, bizim reytinqimizə də. Görürsən ki...
Qırğızıstan bizdən öndədir...
Vyetnam bizdən öndədir...
Fələstin bizdən öndədir...
Madaqaskar bizdən öndədir...
Hindistan bizdən öndədir...
Tayland bizdən öndədir...
Namibia bizdən öndədir...
Mavritaniya bizdən öndədir...
Anqola bizdən öndədir.
Mozambik... A kişi, Mozambik deyirəm, o da bizdən öndədir...
Üzü Avropaya gələndə, hətta Farer adaları belə bizdən öndədir...
Bizdən geridə olan kim var bəs?
Malta var. Düz 40 pillə bizdən geridir. Latviya var. O da bizdən geridir. Amma hətta Malta da bizə qalib gəlir, Latviya da.
Və... Geridə olan, ümumiyyətlə, heç olmayan təkcə nəticələrimiz deyil.
Futbolumuzda sistem yoxdur. Futbolu idarə edənlərdə isə beyin...